AZ

"PAŞA Kapital"ın gəlirləri artıb, ötən ili mənfəətlə başa vurub

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2023-cü ili 2 milyon 373 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 3 milyon 502 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il "PAŞA Kapital"ın gəlirləri artıb, lakin faiz və işçi heyəti üzrə xərclərdəki böyük artım xalis mənfəətin azalması ilə nəticələnib.

Marja.az Şirkətin illik hesabatına istinadən xəbər verir ki, "PAŞA Kapital İnvestisiya Şirkəti"nin faiz gəliri 2022-ci ildə 1 milyon 150 min manat ikən, 2023-cü ildə 2 milyon 42 min manata yüksəlib (77,6% artıb).

Şirkətin haqq və komissiya gəlirləri isə 78,8% artaraq 3 milyon 297 min manata çatıb (2022-ci ildə 1 milyon 845 min manat).

PAŞA Capital

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla