AZ

Paşinyan Moskvaya səfər edəcək, Putinlə görüşəcək

Rusiya prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

Daha öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan Nikol Paşinyanın Rusiya prezidentinin andiçmə mərasimində iştirak etməyəcəyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla