AZ

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Çin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyünü dəstəkləyir.

APA xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü və xarici işlər nazirinin müavini Hua Çunyinq bildirib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransada keçirdiyi görüşlərdə Fələstin-İsrail münaqişəsi ilə bağlı bildirib ki, aktual vəzifə hərtərəfli atəşkəsin mümkün qədər tez həyata keçirilməsidir.

"Əsas prioritet humanitar yardımın təmin edilməsidir və əsas çıxış yolu isə iki dövlətli həllin həyata keçirilməsidir. Çin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyünü dəstəkləyir. Çin Aİ ilə birgə iki dövlətli həll yolu üçün vaxt cədvəli və yol xəritəsini təyin etmək və Fələstin məsələsinin tezliklə həlli istiqamətində hərtərəfli, ədalətli həll yolunu təşviq etmək üçün mümkün qədər tez keçiriləcək daha geniş əsaslı, nüfuzlu və effektiv beynəlxalq sülh konfransını dəstəkləməyə hazırdır", - çinli diplomat vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
Mənbələr
Şərh ()
Bağla