AZ

Ermənistan və Macarıstan səfirliklərin açılması barədə razılığa gəlib

Ermənistan və Macarıstan hər iki ölkənin səfirliklərinin açılması barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

XİN rəhbəri qeyd edib ki, Ermənistanla diplomatik münasibətlər bərpa olunandan bəri onlar ölkə iqtisadiyyatının çiçəklənməsinə yönəlmiş əhəmiyyətli mütərəqqi addımlar ata biliblər.

“Ötən il iqtisadi inkişafımız və ticarət dövriyyəmiz 70%-ə çatıb", - macar nazir vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla