AZ

Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO

Bakıda avtomobil qadını vurub.

BAKU.WS xəbər verir ki, hadisə 8-ci mikrorayon ərazisi olan Cəfər Xəndan küçəsində qeydə alınıb.

Qəza ilə bağlı TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 06.05.2024-cü il tarixində saat 16:06 radələrində piyada vurma səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Nəticədə təxminən 50 yaşlarında şəxs (qadın cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
Mənbələr
Şərh ()
Bağla