AZ

“Feyenoord”u tərk edəcək

Robin van Persinin yeni iş yeri məlum olub.

O, mövsümün sonunda “Feyenoord”u tərk edəcək.

Niderland yığmasının sabiq hücumçusu yayda ölkəsinin digər klubuna -“Herenven”ə başçılıq edəcək. Yerli mənbələrə görə, tərəflər ikiillik müqavilə üzrə razılığa gəlib. Van Persi yeni vəzifədə mövsümün sonunda komandadan ayrılacaq Kees van Vondereni əvəz edəcək. Qeyd edək ki, “Herenven” Niderland çempionatının sonuna üç tur qalmış turnir cədvəlində 31 oyuna 36 xalla 10-cu yerdədi.

Van Persi “Feyenoord”da 2020-ci ildən çalışır. Əvvəlcə əsas komandada baş məqşçinin köməkçisi olub. 2021-23-cü illərdə klubun U-16 komandasını çalışdırıb, 2023-cü ildən isə U-19-a başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla