AZ

Hava şarı evlərin üzərinə düşdü: 7 nəfər yaralandı

Litvada, Klaypeda yaxınlığında hava şarı idarəetməni itirərək evlərin üzərinə düşüb, nəticədə 7 nəfər xəsarət alıb.

News24.az  xəbər verir ki, bu barədə LRT məlumat verib.

Hadisə bazar günü axşam saatlarında Klaypedanın cənubunda, Kalininqrad vilayəti ilə sərhədə yaxın Silute rayonunda baş verib. Bildirilir ki, hadisənin başverməsinə səbəb güclü küləyin əsməsi olub.

Sərnişinlər və pilot, ümumilikdə 15-61 yaş arasında olan 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan ikisi reanimasiyadadır.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
50
news24.az

10Mənbələr

Şərh ()
Bağla