AZ

"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri

 
"İsrail Müdafiə Ordusu Rafaha hücumun son hazırlıq mərhələsinə keçib, şəhər əhalisinin mərhələlərlə təxliyəsinə başlanılıb..."
 
ABŞ müdafiə naziri Llloyd Ostinin israilli həmkarı Yoav Qalant arasında telefon söhbəti baş tutub. 
 
Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib. Məlumatı "mignews.com" nəşri yayıb.
 
Məlumatda deyilir ki, nazirlər HƏMAS-la girovların azad edilməsi barədə danışıqlar, habelə Qəzza bölgəsinin cənubundakı Rafahda vəziyyəti müzakirə edib.
 
Rayder qeyd edib ki, söhbət zamanı Lloyd Ostin növbəti dəfə ABŞ-ın mövqeyini vurğulayıb, bu da ondan ibarətdir ki  İsrailin Rafahdakı istənilən hərbi əməliyyatı mülki əhalinin etibarlı təxliyə planını və humanitar yardım axınına dəstəyi nəzərdə tutmalıdır.
 
İsrail müdafiə naziri Yoav Qalant məlumat verib ki, bu yaxınlarda Rafahdan İsrail sərhəddində İsrail Müdafiə Ordusunun mövqelərinin atəşə tutulmasından sonra İsrailin HƏMAS-ın bu son qalasına hücuma başlamasından başqa seçimi qalmayıb.
 
Qalant həmçinin İsrailin girovların azad edilməsi və müvəqqəti atəşkəs barədə sazişin əldə olunması üçün çoxsaylı səylərindən danışıb və qeyd edib ki, hazırkı mərhələdə HƏMAS bunu etmək üçün istənilən təkliflərdən imtina edir.
 
"Bizim seçimimiz qalmayıb, bu isə İsrailin Rafahda əməliyyata başlayacağı deməkdir", - Qalant qeyd edib.
 
Bundan başqa, İsrail müdafiə naziri əməkdaşlığa görə Pentaqona minnətdarlıq edib və vurğulayıb ki, ABŞ  girovların azad edilməsi üzrə dialoqun irəliyə aparılmasında mühüm rol oynayır.
 
Bundan öncə məlumat verilib ki, İsrail Müdafiə Ordusu Rafaha hücumun son hazırlıq mərhələsinə keçib, şəhər əhalisinin mərhələlərlə təxliyəsinə başlanılıb.
 
İlkin olaraq ordu humanitar zonanı xeyli genişləndirib və ərəb dilində şəhərin şərq məhəllələrinə vərəqələr yaymağa başlayıb.
 
İsrail Müdafiə Ordusu həmçinin məlumatlar göndərməyə və yerli əhali ilə təhlükəsizlik məqsədilə gözlənilən hərbi əməliyyatlar zamanı haraya yerdəyişmənin daha məqsədəuyğun olması və istifadə ediləcək marşrutlar göstərilməklə telefon zənglərinə başlayıb.
 
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla