AZ

Məhərrəmlik ayının başlanacağı tarix AÇIQLANIB

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb.

 

Hafta.az bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.

 

Bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 7-ə təsadüf edəcək:

 

"Bu il Məhərrəmlik ayının ilk günü iyulun 7-ə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

 

Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək. (Lent.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
247
38
Mənbələr
Şərh ()
Bağla