Bakı. Trend:
Sumqayıt sakini itkin düşüb.
Trend xəbər verir ki, bu barədə Daxilu İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığıYaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geriqayıtmayıb.
C.Əliyevin əlamətləri bunlardır: Boyu 177 sm, arıq bədənquruluşlu, gözləri kül rəngindədir. Evdən çıxan zaman əynində qararəngli idman şalvarı, qara rəngli köynək və idman ayaqqabısıolub.
Onun barəsində məlumatı olanlardan 077-591-21-21 və070-800-04-04 nömrələrinə zəng vuraraq məlumat vermələri xahişolunur.