AZ

Almatı görüşündə Bakı və İrəvan arasında öhdəliklərin yazılı təsdiq olunacağı gözlənilir - Ermənistan XİN

Almatı görüşündə Bakı və İrəvan arasında öhdəliklərin yazılı təsdiq olunacağı gözlənilir.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmçinin, qeyd olunub ki, görüşün əsas mövzusunu iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcək.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
4
Mənbələr
Şərh ()
Bağla