AZ

Cənub bölgəsinin şagirdləri Respublika Fənn Olimpiadasında qızıl və gümüş medal QAZANDILAR 

Cənub bölgəsindən olan 4 şagird Respublika Fənn Olimpiadasının tarix üzrə final mərhələsində yüksək medallara layiq görülüblər. 

Bizim.Media xəbər verir ki, ən uğurlu nəticəni Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin IX sinif şagirdi Quliyev Fərid Rəsul oğlu göstərib.

O, qızıl medal qazanıb. Masallı rayonundan olan Bəşirova Mahirə Rövşən qızıMusayev Musa Teymur oğlu gümüş medala layiq nəticə göstəriblər. Lerik rayon Vizəzəmin kənd tam orta məktəbinin VIII sinif şagirdi Ağayev Əli Əhməd oğlu isə bürünc medala layiq bilik nümayiş etdirib. 

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla