AZ

Ukrayna Putini prezident kimi tanımır - XİN bəyanat yaydı

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edir ki, Vladimir Putini Rusiya Federasiyasının demokratik yolla seçilmiş legitim prezidenti kimi tanımaq üçün heç bir əsas yoxdur.

“AzPolitika” xəbər verir ki, Ukrayna XİN Putinin mayın 7-də keçiriləcək andiçmə mərasimi öncəsi xüsusi bəyanatla çıxış edib.

Ukrayna hesab edir ki, Putin Rusiyanın qanuni prezidenti sayıla bilməz: “Bu yolla Rusiya hakimiyyəti bütün dünya və öz vətəndaşları qarşısında Rusiya Federasiyasını işğalçı dövlətə, hakim rejimi isə diktaturaya çevirən şəxsin ömürlük hakimiyyətdə qalmasının legitimliyi illüziyası yaratmağa çalışır... Yuxarıda göstərilənlərə əsasən, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsi ilə bağlı hazırkı orderini nəzərə alaraq, Ukrayna onun Rusiya Federasiyasının demokratik yolla seçilmiş və legitim prezidenti kimi tanınması üçün hüquqi əsas görmür”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla