AZ

Mirzoyan: “...bundan sonra yekun nizamlanmaya yaxınlaşacağıq”

Mirzoyan:

“Əminik ki, yekun sülhün bərqərar olması iki ölkənin və xalqın maraqlarına əsaslanır. Mən, həmçinin qarşıdan gələn danışıqlarla bağlı ehtiyatlı nikbinliyimi ifadə etmək istərdim”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Budapeştdə Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.

Mirzoyan qeyd edib ki, bu proses çərçivəsində tərəflər bir çox məsələlərdə razılığa gəlib: “Bilirsiniz ki, paralel proseslər gedir, sərhəd məsələləri üzrə komissiyalar toplaşır, faktiki olaraq delimitasiya prosesi başlayıb, onlar prinsipial razılığa gəliblər, iki dövlətin başçıları çoxlu görüşlər keçiriblər. Bir sıra fundamental məsələlər üzrə razılaşma var, məsələn Almata Bəyannaməsinə uyğun olaraq ölkələrin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləməsi. Artıq dediyim kimi, bu, sərhəd məsələləri üzrə komissiyaların işində öz əksini tapıb və bunun delimitasiya prosesinin reqlamentində əksini tapması barədə razılıq var. Ehtiyatlı nikbinliyi ifadə etmək istərdim ki, azərbaycanlı həmkarımla razılığa gələ və ya bu prinsipi sülh müqaviləsində əks etdirə biləcəyik və deyə bilərəm ki, bundan sonra yekun nizamlanmaya xeyli yaxınlaşacağıq.

Təbii ki, hələ də suallar var. Mən bir az əvvəl regionda nəqliyyat kommunikasiyalarının açılmasından danışdım. Burada da hələ tam qarşılıqlı anlaşma yoxdur, amma məsələn, Ermənistanın Azərbaycanla bütün nəqliyyat infrastrukturlarını və kommunikasiyalarını ölkələrin suverenliyi, milli səriştəsi, qarşılıqlı və bərabərlik prinsipləri əsasında açmaq marağı var. Ümid edirəm ki, bu məsələlərdə biz gec-tez razılığa gələ biləcəyik”.

E. KAMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla