AZ

Yunanıstan klubu Fatih Terimlə yollarını ayırır

Bakı. Trend:

Yunanıstanın “Panatinaikos” klubu baş məşqçisi Fatih Terimləyollarını ayırmaq qərarına gəlib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, buna komandanınSuperliqanın pley-off mərhələsindəki uğursuz çıxışı səbəb olub.

Ardıcıl məğlubiyyətlərdən sonra çempionluq şanslarını xeyliazaldan Afina təmsilçisi 71 xalla üçüncü pilləyə geriləyib.

İddiaya görə, klub rəhbərliyi növbəti mövsüm üçün yeni başməşqçi axtarışındadır. Klub 70 yaşlı mütəxəssisi vaxtından əvvəlistefaya göndərsə, ona 1 milyon 100 min avro təzminatödəməlidir.

Qeyd edək ki, Fatih Terim "Panatinaikos"la ötən ilin dekabrayında 1,5 illik müqavilə imzalayıb. Komanda onun rəhbərliyialtında meydana çıxdığı 25 rəsmi oyunda 14 qələbə, 6 heç-heçə və 5məğlubiyyətlə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
9
Mənbələr
Şərh ()
Bağla