AZ

"İsrailin məsuliyyətə cəlb edilməsi üçün bütün imkanlardan istifadə edəcəyik" - Ərdoğan

Türkiyə İsrailin Qəzza zolağında törətdiyi cinayətlərə görə cavab verməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcək.

Redaktor.az TRT Haber telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada prezident sarayında çıxışı zamanı deyib. 

“İsrail administrasiyası getdikcə qəddarlaşır. Keçən həftə biz İsraillə ixrac və idxalı tamamilə dayandırdıq. Biz soyqırım işinə (Beynəlxalq Ədalət Məhkəməsində baxılır - red.) müdaxilə etmək qərarına gəldik. 15 mini uşaq olmaqla 35 minə yaxın insanın ölümünə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün əlimizdə olan bütün imkanlardan istifadə etməyə davam edəcəyik”, - deyə dövlət başçısı bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyə Qəzzaya səkkizinci humanitar yardım gəmisini göndərib.

“Bu günə qədər humanitar yardımımızın həcmi 50 min tona çatıb, Türkiyə Qəzzaya ən çox humanitar yardım göndərən ölkəyə çevrilib”, – Türkiyə lideri əlavə edib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
9
Mənbələr
Şərh ()
Bağla