AZ

Oğuz Aydın "Qalatasaray"a gəlir? - Klub prezidenti açıqladı

Türkiyənin "Korendon Alanyaspor" klubunun futbolçusu Oğuz Aydının "Qalatasaray"a transfer olunub-olunmayacağı ilə bağlı məsələyə aydınlıq gəlib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Korendon Alanyaspor"un prezidenti Hasan Çavuşoğlu açıqlama verib. 

İddialara görə, Hasan Çavuşoğlu əvvəlcə Oğuz üçün 7 milyon avro istəyib. Daha sonra prezident qiymətdə endirim edərək 5 milyon avroya qədər düşüb.

"Alanyaspor"un prezidenti Hasan Çavuşoğlu xəbəri təkzib edib:

"Onlar artıq yalan xəbərlər yaymağa başlayıblar. Heç kimlə görüşməmişik, danışıqlar aparmamışıq. Tamamilə yalan xəbərdir. Oğuzla ölkə daxilində və xaricdən bir çox klubların maraqlandığı barədə məlumatlar var. Yenə deyirəm, Oğuzla bağlı heç kimlə, klubla görüşümüz olmayıb. Liqa bitənə qədər bu baş verməyəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla