AZ

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

“ABŞ səfiri Mark Libbinin Şuşaya səfərini Vaşinqtonun Azərbaycanla bağlı siyasətində mühüm müsbət dəyişikliklər kimi qeyd etmək olar”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 

O qeyd edib ki, məhz İkinci Qarabağ müharibəsindən sonra ABŞ-nin Azərbaycandakı səfiri və diplomatik nümayəndələri bir qayda olaraq Şuşaya səfərdən imtina edirdi:

 

“Ötən gün də səfir Şuşa və digər işğaldan azad olunmuş ərazilərə səfərlə bağlı çox uğursuz bir açıqlama vermişdi. Vaşinqtonun Azərbaycandakı səfirinin Şuşaya səfəri Dövlət Departamentinin təlimatı ilə reallaşıb”.

 

Ekspert xatırladıb ki, ötən gün səfir bu kimi səfərləri “şouda iştirak etməmək” kimi xarakterizə etmişdi:

 

“Səfirin bu kimi açıqlaması Dövlət Departamenti ilə Azərbaycan arasında müəyyən bir narazılıq yaradıb. Artıq Vaşinqton da Ermənistanın Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıdığını, delimitasiya və demarkasiya prosesində müsbət istiqamətdə getdiyini görür. Ermənistanda revanşistlər və müxalifətin Paşinyana təzyiqləri ABŞ-də diqqətlə izlənilir”.

 

Politoloq qeyd edib ki, ABŞ səfirinin Füzuli və Şuşaya səfərindən sonra növbəti istiqamət Xankəndi olacaq:

 

“Azərbaycan ölkəmizdə diplomatik missiya nümayəndələrinin səfərlərini Xankəndi, Ağdərəyə təşkil etməlidir. İlk günlər bu səfərdən bəzi səfirliklər yayınsa da, bir müddətdən sonra Xankəndiyə də səfərlər edəcəklər. Necə ki, üç il yarımdan sonra ABŞ səfirlərinin imtina etdiyi Şuşa səfəri reallaşdı. ABŞ Ermənistanda revanşistlərə bununla mesaj verdi ki, Vaşinqton Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıyır”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla