AZ

"SONUNCU ƏMR" ROMANININ İCTİMAİ MÜZAKİRƏSİNDƏ MARAQLI TƏKLİFLƏR SƏSLƏNDİRİLDİ

 Yasamal rayon MKS-nin 2 nömrəli kitabxana filialında əfsanəvi kəşviyyatçı, Vətən müharibəsi Qəhrəmanı şəhid, polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanının ictimai müzakirəsi keçirildi.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Sonra kitabxana filialının müdiri Yəmən Əmirova çıxış edərək kitab haqqında məlumat verdi. Kitabxana filialının əməkdaşı Aybəniz Əliyeva şəhid Orxan Əkbərovun həyat yolu haqqında danışdı.

“Sonuncu əmr” kitabının muəllifi Asif Mərzili çıxış edərək kitab haqqında ətraflı məlumat verdi.

sonuncu-emr-2

Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Ruhiyyə Poladova, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Ekspertlər Şurasının sədri Nəzakət Əhmədova, “Təzadlar” qəzetinin baş redaktor müavini Etibar Şirinov, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva, “Təzadlar”qəzetinin müxbiri Rövşanə Nağıyeva, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov, T.Abbasov adına 225 nömrəli tam orta məktəbin kitabxana müdiri Tahirə Zamanova, böyük kitabxanaçı Afət Ağayeva kitab haqqında fikrlərini söylədilər. Natiqlər əsərin orta məktəblərdə, daha böyük oxucu auditoriyası olan kitabxanalarda, ali təhsil ocaqlarında... ictimai müzakirəsinin keçirilməsi barədə maraqlı təkliflər səsləndirildi.

Azərbaycan Texniki Unuversitetinin tələbələri Xəqan Yaqub, Teymur Kazımzadə, baş kitabxanaçı Xumar Babayeva, kitabxananın fəal oxucusu Ulduzə Seyfullayeva müəllifə suallarla müraciət etdilər. Kitabın müəllifi Asif Mərzili sualları ətraflı cavablandırdı.

Sonda müəllif kitabxanaya kitablar hədiyyə etdi.

Elbar Şirinov

 sonuncuuuu-zeng

sonuncu-zeng-2

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla