AZ

“Sportinq” 20-ci dəfə Portuqaliya çempionu oldu

2023/2024-cü illər mövsümü Portuqaliya Premyer Liqasının çempionluğu uğrunda mübarizə erkən surətdə yekunlaşıb.

Arena.az məlumat verir ki, Lissabon “Sportinq”i 20-ci dəfə ölkə çempionluğunu bayram edib.

Maraqlıdır ki, “Sportinq”ə çempionluğu əzəli rəqibi “Benfika” “hədiyyə” edib. Belə ki, Portuqaliya Premyer Liqasının 32-ci turu çərçivəsində “Sportinq”in ən yaxın təqibçisi “Benfika” səfərdə gözlənilmədən “Famalikan”a 0:2 hesabı ilə məğlub olub. Bununla da “qartallar” lider “Sportinq”in üstələmək baxımından riyazi imkanlarının üstündən xətt çəkmiş olublar.

Beləliklə, 32 oyundan 84 xalla “Sportinq” yarış cədvəlinin zirvəsində yer alıb. “Benfika” isə 76 xalla 2-ci pillədədir. İlk üçlüyü “Portu” qapayır, “əjdahalar”ın 66 xalı var.

Əlavə edək ki, bu üçlük Portuqaliya futbolunun nəhənglərini müəyyənləşdirir. “Benfika”nın 38, “Portu”nun 30, “Sportinq”in isə 20 çempionluğu var. Müvafiq olaraq, “qartallar”ın 30, “əjdahalar”ın 29, “şirlər”in isə 22 “gümüş”ü var.

Bu üçlükdən başqa, Portuqaliya çempionatının 90 illik tarixi ərzində yalnız “Belenenseş” (1945/1946) və “Boavişta” (2000/2001) çempion ola biliblər. Hər iki komandanın 3 gümüş medalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla