AZ

“Effektinvest”in təsisçilərinin pay bölgüsü dəyişib

BOKT “Effektinvest” MMC-nin təsisçilərindən birinin pay bölgüsü dəyişib.

FED.az bu barədə BOKT-un hesabatına istinadən xəbər verir.

Onlardan Niftiyev Elçin Zülfüqar oğlunun pay bölgüsü dəyişməyib. Onun nizamnamə kapitalındakı payı hər biri 5 min manat olmaqla 3 ədəd üzrə ümumilikdə 15 min manat təşkil edib. Təsisçinin ümumi payda xüsusi çəkisi ötən il üzrə 1,50%, 2022-ci ildə isə 1,85% olub.

Təsisçilərdən ikisinin adı və pay bölgüsündə dəyişiklik olub.

Belə ki, BOKT-un təsisçiləri 2022-ci ildə Hacıyeva İradə Gülmalı qızı (62 pay-310 min manat. ümumi payda xüsusi çəkisi 38,27%) və Niftiyev Zülfüqar Ağagül oğlu (97 pay-485 min manat, ümumi payda xüsusi çəkisi 59,87%) olublar.

2023-cü il üzrə yeni təsisçilərdən Köçərli Fərid Fəxrəddin oğlunun nizamnamə kapitalındakı payı 102 ədəd olmaqla ümumilikdə 510 min manat olub ki, bu da ümumi paydakı xüsusi çəkinin  51%-ni təşkil edib.

Cavadov Şirin İlahəddin oğlu isə 95 ədəd olmaqla 475 min manat paya sahib olub. Onun ümumi paydakı xüsusi çəkisi isə 47,50% təşkil edib.

Qeyd edək ki, BOKT “Effektinvest” 2023-cü ildə 1 milyon manat, 2022-ci ildə isə 810 min manat nizamnamə kapitalına malik idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
fed.az

1Mənbələr