AZ

Sisse 10 funt sterlinqə futbol oynayır

Hazırda klubsuz olan Papiss Sisse İngiltərə mətbuatına maraqlı açıqlamalar verib.

2012-ci ildə 12 milyon avroya “Frayburq”dan “Nyukasl”a transfer olunmaqla diqqəti çəkən, son illərdə Türkiyədə “Alanyaspor”, “Fənərbaxça” və “Çaykur Rizəspor”da forma geyən 38 yaşlı seneqallı forvard sonuncu dəfə ötən mövsüm “Amyen”in şərəfini qoruyub. Sisse hələ karyerasını bitirmədiyini, amma yaxşı formada qalmaq üçün sabiq futbolçularla tez-tez bir yerə toplaşıb futbol oynadıqlarını etiraf edib. Bu isimlərin arasında Coleon Leskott, Antoni Valensiya, Danni Simpson, Con O`Şi, Danni Drinkuoter, Stefan Ayrlend, Nedum Onuoha, Ves Morqan, Emil Heski, Omar Niasse də var. Sissenin sözlərinə görə, meydan pulu kimi hər adam 10 funt sterlinq ödəyir. Amma oyun daha maraqlı keçsin deyə, pulu uduzan tərəf verir:

“İnanın ki, bizim matçlarda həyəcan çox böyük olur. Sanki əsl oyun gedir. Çünki heç kim uduzmaq istəmir. Kənardan baxanda elə təəssürat yaranır ki, sanki bizim hələ də klublarla müqaviləmiz var. Bu, sadəcə, zövq almaq üçün oynadığımız bir oyun olsa da, bəzən peşəkar olduğumuz anlar yada düşür. Bu keyfiyyət insanın qanında varsa, o heç vaxt itmir. Bir dəfə oğlum mənə baxaraq “ata, hələ də sanki “Nyukasl”la müqavilən var” dedi. Mən də ona bu durumunmüqavilə ilə bağlı olmadığını söylədim. Amma mən indi həqiqətən də “Nyukasl” fanatıyam. Bu, mənim klubumdu və indiyə qədər də onu sevirəm”.

Qeyd edək ki, peşəkar futbolçu olmadan öncə Seneqalda tibbi yarım maşınının sürücüsü kimi çalışan Sisse həyat yoldaşı Ava ilə birlikdə xeyriyyə fondu qurub.

Həmin fond bu ay para toplamaq məqsədilə Mançesterdə tədbir keçirəcək. Həmin tədbirdə Sissenin “Fənərbaxça”da komanda yoldaşı olmuş, hazırda “Mançester Yunayted”in şərəfini qoruyan türkiyəli qapıçı Altay Bayındırın, eləcə də Sadio Mane, Mussa Sissoko, İdrissa Geye kimi tanınmış futbolçuların iştirak edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
Mənbələr
Şərh ()
Bağla