AZ

Azərbaycanlı məşhurlar Türkiyədə filmə çəkildi

Azərbaycanlı məşhurlar Türkiyə istehsalı olan daha bir filmdə rol alıblar. 

“Cebhe.info” xəbər verir ki, “Görücü” filmində bir çox həmyerlimiz çəkilib. Belə ki, tanınmış aparıcılar Elgiz Əkbər, Pərvanə Tahirqızı və məşhur müğənni Xatun Əliyeva “Görücü” filmində rol alıblar. Filmdə həmçinin, Meral Konrat və Barış Kömürcüoğlu kimi türkiyəli məşhurlar da çəkiliblər. Sözügedən komediya filminin rejissoru İlham Yaşaroğludur. Qeyd edək ki, film 10 mayda Türkiyədə nümayiş olunacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla