AZ

ABŞ səfiri Füzulidə (FOTO/VİDEO) (YENİLƏNİB)

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Füzuliyə gedib.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Füzulidə dağıntıların miqyasını, eyni zamanda, yenidənqurma işlərini görəndə çox təsirləndik.

Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib.

Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik", - məlumatda bildirilib.

15:20

ABŞ səfiri Mark Libbi Füzuliyə səfər edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Bu gün Şuşadan başqa, mən hökumət nümayəndələri ilə görüşmək, şəhəri görmək və səfirliyin həyata keçirdiyi ingilis dili proqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün Füzuliyə də səfər edəcəm", - deyə səfir bildirib.

Qeyd edək ki, bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Şuşaya səfər edib. Bu, ABŞ səfirinin Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən 4 il sonra həmin ərazilərə ilk səfəridir.

ABŞ
ABŞ
ABŞ
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
29
Mənbələr
Şərh ()
Bağla