AZ

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Kembric İslam Maliyyə Qurumunun keçirdiyi beynəlxalq müsabiqədə qalib gəlib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindənModerator.az-a verilən məlumata görə, müsabiqədə DSMF ilə yanaşı, Almaniya, İspaniya, Kanada, Portuqaliya, Argentina, və s. də daxil olmaqla 50-dən çox ölkənin müvafiq dövlət qurumları iştirak ediblər.
 
Fondun müsabiqəyə təqdim etdiyi iş (“Azərbaycanda sosial müavinətlərin təyin edilməsinə müasir humanist yanaşma: Proaktiv insan yönümlü təyinat mexanizmi”) yüksək dəyərləndirilib.
 
Müsabiqədə qalib gələn DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən “Dövlət sektorunda qlobal yaxşı idarəçilik üzrə Liderlik Mükafatı”na layiq görülüb.
 
Xatırladaq ki, Fond 2024-cü ilin ilk dörd ayı ərzində 14 beynəlxalq mükafatla təltif olunub. Bundan əlavə, Fonda ötən dövrdə 5 beynəlxalq ISO sertifikatı da təqdim edilib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
6
Mənbələr
Şərh ()
Bağla