AZ

Azərbaycanın millisi Qazaxıstan ilə oynayacaq

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya komandası ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
ucnoqta.az

10Mənbələr