AZ

Belçika Rusiyanın aktivləri hesabına Ukraynanı sursatla təmin edəcək

“Biz Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynaya yardım göstərmək üçün istifadə etmək qərarına gəldik”
Belçika Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynanı hava hücumundan müdafiə sistemləri üçün sursatla təmin edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder deyib.
“Biz Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynaya yardım göstərmək üçün istifadə etmək qərarına gəldik. Bu günə qədər Belçikanın təkcə Ukraynaya hərbi yardım paketi 1,2 milyard avro təşkil edir. Biz Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün Almaniyanın təşəbbüsündə iştirak etmək qərarına gəldik”, - deyə müdafiə naziri bildirib.
Dedonder xatırladıb ki, krallıq Kiyevi sualtı pilotsuz uçuş aparatları üçün komponentlər ilə təmin edir və hazırda Ukrayna pilotlarına da təlimlər keçirir.
Bundan əvvəl Ukrayna Nazirlər Kabineti Rusiyanın xaricdəki aktivlərinin müsadirə edilməsi məsələləri üzrə işçi alt qrupun yaradılması barədə qərar qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla