AZ

Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..

Almaniyanın Bonn şəhərində Ermənistan və Azərbaycanın ekspert qruplarının növbəti iclası keçirilib. Görüşdə Ermənistan tərəfdən Benyamin Poqosyan, Conni Melikyan, Stepan Qriqoryan, Azərbaycan tərəfdən isə Əhməd Əlili və Ramazan Səmədov iştirak ediblər.
 
Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
 
 “Armenpress” lə söhbətində Conni Melikyan qeyd edib ki, Bonnda aparılan müzakirələr zamanı daha çox əhatəli formatlarda geniş mövzulara toxunulub, bu kontekstdə Ermənistan-Azərbaycan işçi qrupunun da iclası keçirilib. 
 
“Avropa İttifaqı tərəfindən maliyyələşdirilən işçi-ekspert qrupu üç ildir ki, fəaliyyət göstərir... Üç Transqafqaz ölkəsinin ekspertləri gələcək əməkdaşlıq imkanlarını və məsələləri birgə müzakirə etməyə çalışacaqları üçtərəfli, regional formatın formalaşdırılması imkanı var. Ekspertlərin yekun və genişləndirilmiş görüşü iyulda baş tutacaq, bundan sonra Aİ regional formatın işini maliyyələşdirmək istəsə, ola bilsin ki, proses gürcü tərəfdaşların fəal iştirakı ilə davam etdiriləcək. Əvvəllər Gürcüstan tərəfinin təşəbbüsü ilə Tbilisidə belə görüşlər keçirmişik və bu gün regionumuzun gələcəyi və problemləri barədə birgə danışmağa daha çox ehtiyac var ki, onların həlli sabitlik və ədalətli sülh şəraitində əldə oluna bilər”, - deyə Melikyan bildirib.
 
Onun sözlərinə görə, Bonnda keçirilən görüş təkcə əvvəlki üç ilin fəaliyyətini yekunlaşdırmaq cəhdi deyil, həm də transformasiya olunmuş problemləri və gələcəkdə necə işləməyin məqsədəuyğun olacağı sualını müzakirə etmək imkanı idi. Melikyanın sözlərinə görə, üç ildir bu prosesə rəhbərlik edən Avropa strukturu üçtərəfli müzakirələr üçün qrant ayırsa, görüşlər yeni formatda formatlaşdırılacaq. 
 
Erməni ekspert bildirib ki, o da çox vacibdir ki, ekspertlərin görüşü ilə bağlı yekun hesabat müzakirə edilərkən Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya prosesinin Almatı prinsipləri əsasında baş tutması fikri irəli sürülüb.  
 
“Bonda, həmçinin regionumuzda təkcə əməkdaşlıq sahəsi deyil, həm də gələcəkdə potensial münaqişə mənbəyi ola biləcək su ehtiyatları məsələsinə həsr olunmuş müzakirə olub. İkinci gün iqlim dəyişikliyinə, eləcə də bu il noyabrın 24-də Bakıda keçirilməsi planlaşdırılan “COP29” konfransının da həsr olunduğu hərtərəfli təhlükəsizlik məsələsinə həsr olunmuş daha geniş konfrans keçirilib. Bu mövzu iştirakçılara daha geniş təmas imkanı verdi”, - deyə ekspert yekunlaşdırıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla