AZ

"Vest Hem"in yeni baş məşqçisi o olacaq 

İspaniya millisinin və "Real"ın (Madrid) sabiq baş məşqçisi Xulen Lopeteqi "Vest Hem" komandasını çalışdıracaq.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis yeni mövsümün əvvəlində İngiltərə klubunun "sükanı arxasına" keçəcək.

"Çəkicdöyənlər" hazırkı baş məşqçi Devid Moyeslə müqavilə müddətini uzatmaq fikrində deyil.

Qeyd edək ki, X.Lopeteqinin sonuncu iş yeri İngiltərənin "Vulverhempton" kollektivi olub. 57 yaşlı mütəxəssis daha əvvəl "Sevilya", "Portu", "Rayo Valyekano" klublarının baş məşqçisi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
Mənbələr
Şərh ()
Bağla