AZ

Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür - ViaVoice

Bakı. Trend:

ViaVoice İnstitutu “Radio France”, “France Televisons” və“France Medias Monde” üçün Avropa seçkiləri ilə bağlı sosial sorğuaparıb.

Trend xəbər verir ki, sorğunun nəticələrinə görə fransızların 49faizi iyunun 9-da keçiriləcək Avropa seçkilərində maraqlı olduğunu,48 faizi isə bunun əksini düşündüyünü bildirib.

Əsasən, 60 yaşdan yuxarı fransızlar Avropa seçkiləri iləmaraqlandıqlarını qeyd ediblər. Gənclərin isə buna o qədər də maraqgöstərmədiyi məlum olub.

ViaVoice, həmçinin, fransızları Avropa seçkiləri kontekstində“prioritet hesab edilən məsələlərlə” bağlı da sorğulayıb. Veriləncavablara əsəsən, respondentlərin 49 faizi üçün birinci yerdəiqtisadiyyat durur. İkinci yerdə 44 faiz ilə immiqrasiya məsələsigəlir. Ümumilikdə, əsas məsələlər arasında ətraf mühit (38 faiz),müdafiə (36 faiz), kənd təsərrüfatı (33 faiz) və enerji (32 faiz)yer alıb. Respondentlərin 28 faizi Ukrayna müharibəsinətoxunub.

Sorğu Avropa iqtisadiyyatı ilə bağlı bədbinliklə yadda qalır:fransızların 64 faizi iqtisadiyyatın yaxın aylarda pisləşəcəyinəinandığını deyib, 35 faiz isə bu vəziyyətin əhəmiyyətli dərəcədəpisləşəcəyini düşünür.

Respondentlərin 55 faizi hesab edir ki, yaxın aylarda Avropaİttifaqının beynəlxalq aləmdə yeri də pisləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
Mənbələr
Şərh ()
Bağla