AZ

Belarus XİN rəhbərindən bəyanat: “Ukrayna ilə bağlı danışıqlara hazırıq”

“Kiyev dialoqa köklənərsə, Belarus Ukrayna ilə bağlı danışıqlara hazırdır”.

Bu sözləri Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik “RIA Novosti”yə müsahibəsində  deyib.

“Bizim qapılarımız sülh danışıqları üçün açıqdır, həmişə açıq olub, açıq olaraq da qalır. Biz hər zaman öz Belarus torpağımızda danışıqlara ev sahibliyi etməyə hazırıq”, – deyə Aleynik bildirib.

O qeyd edib ki, Ukrayna xalqı münaqişəyə son qoyulmasını istəyir, lakin hər şey Kiyevin siyasi iradəsindən asılıdır.

Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
4
Mənbələr
Şərh ()
Bağla