AZ

Ömrünün 30 ilə yaxınını Yevlax Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Mehriban Yusifova

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.

 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Mehriban Osman qızı Yusifova Yevlax Rayon Mərkəzi Xəstəxanasının terapevtidir.

 

O, 1970-ci ildə Yevlax rayonunda anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1995-1996-cı illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.

 

Mehriban Yusifova 1995-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla