AZ

Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama

Sürətlə
Sürətlə çəki itirirəm, qorxmalıyammı?

Sürətlə baş verən çəki itkisi ağciyər xəstəliklərinin əlaməti ola bilərmi?

"Çəki itirilməsi zamanı əgər ağciyər xəstəliyi varsa, ilk növbədə vərəm və ağciyər xərçəngi düşünülməlidir".

Bu sözləri E-saglam.az-a açıqlamasında pulmonoloq, ağciyər xəstəlikləri uzmanı Nicat Ağayev deyib.

O, bildirib ki, vərəm olduğu zaman digər əlamətləri də diqqətə almaq lazımdır. Belə ki, vərəm zamanı çəki itirilməsi ilə yanaşı gecə tərləməsi, döş qəfəsində ağrı, nəfəs darlığı, qızdırma, üzdə, boyunda şişlik və qanlı bəlğəm əlamətləri də müşahidə oluna bilər:

"Yaddan çıxarmayaq ki, ağciyər xərçəngi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mühüm ölüm səbəblərindən biridir. Bu, bütün dünyada və ABŞ-də həm kişilərdə, həm də qadınlarda xərçənglə əlaqəli ölümlərin ən çox yayılmış səbəbidir. Ağciyər xərçəngi, bütün xərçəng ölümlərinin təxminən beşdən birini (19,4%) təşkil edir. Bu rəqəm hər il süd vəzi və prostat xərçəngi səbəbiylə itirilən pasiyentlərin ümumi sayından çoxdur".

Həkim qeyd edib ki, simptomların erkən aşkar edilməsi və müdaxiləsi mütləqdir!

E-saglam.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
2
Mənbələr
Şərh ()
Bağla