AZ

Ermənistanda gərginlik yaratmaq istəyirlər

Ermənistanda

Erməni müxalifəti, kilsə və xaricə bağlı qüvvələr Ermənistanı Azərbaycanla dövlət sərhədini müəyyənləşdirmək prosesindən uzaqlaşdırmağa və ölkədə gərginliyi artırmağa çalışırlar.

Reyting.az
xəbər verir ki, bir qrup erməni “Vətən üçün Tavuş” devzi altında yürüşü davam etdirir.

Yürüşdə din xadimləri - Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan xüsusi fəallıq göstərir.

“Bu yürüş bizim üçün qalibiyyət yürüşü olacaq, özümüzü saflaşdırma yürüşünə çevriləcək. Bu, gözləntisiz yürüşdür, bu Vətən və namus üçün yürüşdür”, - Qalstanyan vurğulayıb.

Onun sözlərinə görə, bu, geniş bir barışıq gündəmidir, burada kin və düşmənçilik yoxdur.

“Əsl Ermənistan saxta “Facebook” Ermənistanı məğlub etməlidir. Hakimiyyət bizi müharibə ilə üz-üzə qoydu, buna görə də onlar ölkənin təhlükəsizliyini qorumağa borcludurlar. Ölkə daxilində baş verəcəklər xarici qüvvələrin və düşmənlərin işi deyil, onların əsas məsuliyyətidir”,- keşiş qeyd edib.

Məlumat üçün bildirək ki, saxta “Vətən üçün Tavuş” hərəkatının üzvləri artıq üçüncü gündür Kirantsdan yürüş edirlər. Onlar mayın 9-da günorta saatlarında İrəvana çatmaq niyyətindədirlər. Amma onların sayı heç yüz nəfərə çatmır.

ELÇİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla