AZ

15 ölkənin birgə təlimi başladı

Estoniyada 15 ölkənin iştirakı ilə “Bahar tufanı” hərbi təlimləri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfaks” xəbər verir .

Məlumata görə, “Bahar tufanı” təlimi ölkənin qərb bölgəsində və adalarda mayın 17-dək davam edəcək.

Bildirilib ki, onlara 14 minə yaxın iştirakçı cəlb olunacaq.

Belə ki, təlim mərhələlərə bölünəcək: mayın 6-dan 12-dək - bölmələrin formalaşdırılması və birgə hərəkətlərin inkişafı, mayın 13-dən 17-dək isə əsas təlim döyüşləri baş tutacaq.

Həmçinin bu il ilk dəfə olaraq təlimlərdə əhaliyə təhlükə məlumatlarının ötürülməsi, eləcə də mülki şəxslərin təxliyəsi sistemi sınaqdan keçiriləcək.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla