AZ

Metroda köhnə qatarlarda niyə kondisioner işləmir? - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı Metropolitenində havalandırma sistemi ilə bağlı iki istiqamət üzrə işlər həyata keçirilir. Birincisi qatarlarla, ikincisi isə stansiya və tunellərdə olan ventilyasiya sistemi ilə əlaqədardır. Yeni alınan qatarlarda mikroiqlim nəzarəti, o cümlədən kondisoner sistemi ilə təchiz olunması əsas texniki şərtlərdən biri olur. Xüsusilə də Bakının iqlimi, Bakı Metropoliteninin xüsusiyyətləri də nəzərə alınmaqla tələblər müəyyən olunur və kondisioner sisteminin təchizatı məhz buna uyğun qurulur”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, köhnə nəsil vaqonlarda kondisioner sisteminin quraşdırılması texniki baxımdan faktiki olaraq mümkün deyil: “Bu istehsalçı müəssisənin Bakı Metropoliteninə verdiyi rəydə birmənalı olaraq göstərilib. Bakı Metropoliteninin özünün araşdırmaları da göstərir ki, kondisioner sistemi ilə təchizat məsələsi yeni vaqonun istehsalına bərabər olan prosesdir. Bu səbəbdən də onun quraşdırılması qeyri-mümkündür.

İyun ayının 1-dən etibarən Bakı Metropoliteni mövcud ventilyasiya sistemi yay qrafikinə uyğun çalışdırılacaq. Bakının iqliminin dəyişkən olduğu nəzərə alınaraq, gündəlik nəzarət mexanizmləri tətbiq olunmaqla hər gün iqlim şəraitinə uyğun olaraq müvafiq tənzimləmələr həyata keçirilir. İyun ayının 1-dən etibarən Metropolitenin gecə rejimində həftədə bir dəfə olmaqla ümumi havalandırma prosesi aparılacaq. Bu isə bir çox baxımdan müsbət nəticələrini göstərəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla