AZ

Prezident Elçibəyin 1992-ci ildə Rusiyaya rəsmi səfəri –Yeltsinlə nə müzakirə olunub? / VİDEO/XRONİKA

Rusiya-Azərbaycan münasibətləri son 34 il ərzində birmənalı yol qət etməyib. 

Bu ötən illərədə iki dövlət arasında rəsmi münasibətlərin qalxıb-enmə nöqtələri olsa da hər iki ölkə əsas hədəfi-tərəfdaşlıq və qonşuluq prinsiplərinə riayət etməyə çalışıblar. Rusiya və Azərbaycan liderləri bu illər ərzində rəsmi səfərlər çərçivəsində bir çox problemləri müzakirə ediblər.

Azpost.info bildirir ki, tarixə düşən bu səfərlərdən biri Azərbaycan müstəqillik əldə etdikdən sonra baş tutub. Azərbaycan prezidenti Əbülfəz Elçibəy 1992-ci ilin oktyabrında Rusiyaya rəsmi səfərə gedib.

İnternetdə 32 il əvvəl baş tutumuş bu görüşlə bağlı kadrlar paylaşılıb.

Prezident Əbülfəz Elçibəy Moskvaya rəsmi səfəri Rusiya ilə ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyırdı.

Oktyabrın 12-də Rusiya Prezidenti Boris Yeltsin Kremldə Azərbaycan Prezidenti Əbülfəz Elçibəy ilə danışıqlar aparıb, daha sonra Bakıda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə”nin təntənəli imzalanması mərasimi olub.

Axşam Rusiya prezidenti azərbaycanlı həmkarının şərəfinə şam yeməyi verib.

Qeyd edək ki, prezidentlərin imzaladığı bu sənəd heç vaxt Rusiya Dövlət Duması tərəfindən ratifikasiya olunmayıb.

Azərbaycanla Rusiya arasında münasibətlər 1997-ci ilin iyul ayından, ölkələr Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik Müqaviləsini ratifikasiya etdikdən sonra konstruktiv məcraya qədəm qoymağa başlayıb.

Vladimir Putin Rusiya prezidenti seçildiyi andan Azərbaycan və Rusiya arasında iqtisadi və mədəni əməkdaşlıq gücləndirməyə başladı.

Müstəqil Azərbaycan ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. Həmin gün Azərbaycan və Rusiyanın xarici işlər nazirləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair müvafiq Protokol imzalayıblar.

 

 
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla