AZ

Hərbi ekspert: “Hikmət Hacıyevin çıxışı sülhə hesablanıb”

Azərbaycan dünyada öz sözünü deməyə qadir ölkədir

Bu sözləri Herbiand.az-a hərbi ekspert Anar Şuşalı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Observer” qəzetinə müsahibəsində “COP29 tədbiri zamanı münaqişə edən ölkələri atəşkəs rejiminə  dəvət etməsinə münasibət bildirərkən söyləyib:

“Azərbaycan tolerant və sülhsevər dövlətdir. Aydındır ki, 44 günlük Vətən müharibəsində Azərbaycan heç bir ölkənin ərazisini işğal eləmədi. Çünki Azərbaycanın başqa ölkələrin torpağında gözü yoxdur. Azərbaycan 44 günlük Vətən müharibəsində öz tarixi  və əbədi torpağını öz sahibinə qaytardı. Əlbəttə ki, Hikmət Hacıyevin çıxışı sülhə hesablanıb. Azərbaycan sülhsevər dövlət olduğumuz üçün, ümumiyyətlə, dünyada heç bir müharibənin olmağını, dinc sakinlərin, körpə uşaqların müharibə nəticəsində həlak  olmasını istəmir”.

Ekspert qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünyada qəbul edilən və tanınan dövlətdir:

“Azərbaycan dünyada öz sözünü deməyə qadir ölkədir. Azərbaycan bəyan etdi ki, COP29 tədbiri zamanı çalışacaqlar ki, dünyada olan münaqişələr dayandırılsın, atəşkəs elan olunsun və həmin dövr ərzində həm təbiətə, həm də təbiətdə yaşayan insanlara heç bir zərər dəyməsin. Məncə, bu çox gözəl ideyadır. Hazırda həmin təklifin üzərində müzakirələr gedir.  Ümid edirəm ki, ölkələr Azərbaycanın təklifini qəbul edəcək. Ən azından COP29 tədbirləri keçirilən zaman  həmin ölkələr atəşkəs rejimini həmin dövrdə dayandırılmasına nail olacaqdır”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla