AZ

Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi

Bu il dünya dəmir yolu tarixinin ən miqyaslı layihələrindən BaykalAmur Magistralı (BAM) 50 illikyubileyini qeyd edir. 4300 kilometr uzunluğundakı BAMn genişmiqyaslı tikintisinə 1974-cü ilinaprelində 2 milyondan çox insanın iştirakı ilə başlanmışdı. BAMn tikintisi üzrə komissiyayarəhbərlik edən Ümummilli Lider Heydər Əliyevinunikal idarəetmə keyfiyyətləri sayəsində nəhəng layihə uğurla başa çatdırıldı. Bu layihə dəmir yolu tarixinin əniri mühəndis nailiyyətlərindən biri hesab edilməklə coğrafi baxımdan əlçatmaz regionlarınmənimsənilməsində nümunə hesab olunur.

Bu barədə “Yeni Gundem”Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Dahi azərbaycanlı siyasətçinin magistralın ərsəyə gəlməsindəki müstəsna xidmətləri Azərbaycanda geniş işıqlandırılır. BAMn yubileyi və Ulu Öndər HeydərƏliyevin nəhəng layihənin həyata keçirilməsində rolumünasibətilə “Azərbaycan Dəmir Yolları” QSC BAMGünlərində (5-15 may tarixləri) bir sıra tədbirlər təşkiledir.

Ötən il Heydər Əliyevin yubileyi münasibətiləKazan vağzalının “Çar” qülləsində BAM-ın tikintisində çəkilən fotolardan ibarət təşkil olunmuş sərginin eksponatları Bakı Dəmiryol Vağzalında nümayiş olunacaq.

Vağzalın gözləmə zalında Heydər Əliyevin həm də Baykal-Amur Magistralının inşasında təşkilatçı kimi rolundan bəhs edən “Ömrün dəmir yolları” sənədli filminin nümayişi baş tutacaq. Bu filmi, eləcə də tanınmış kinorejissor, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Vaqif Mustafayevin müəllifi olduğu “Xüsusi təyinat” adlı ekran əsərini Azərbaycan Dəmiryol Muzeyinin kino zalında da izləmək mümkün olacaq.

BAM Günlərində nəqliyyat üzrə təhsil alantələbələr isə Heydər Əliyevin bu nəhəng layihəninərsəyə gəlməsində böyük əməyini, eləcə də tikintisahələrinə səfərini əks etdirən arxiv fotolarından ibarətsərgi ilə tanış ola biləcəklər.

Tikintisinə 1930-cu illərdə başlanılan BaykalAmur Magistralı 1970-ci illərdə yeni inkişaf dövrünə qədəm qoydu. Layihə nəhəng olduğundan dəmir yoluboyunca 4242 körpü inşa edilmişdi. Magistral regionuntəbii sərvətləri nəzərə alınaraq salınmışdı. Belə ki, dəmir yolu xətti boyunca kömür, dəmirfiliz, neftqazvə polimetal yataqları yerləşir.

Ümummilli Lider Heydər Əliyev mürəkkəb iqlim və geoloji şərtlərdə tikintisi həyata keçirilən magistralın reallaşmasına danılmaz töhfə verdi,tikintisinə başlandığı ilk illərdə geniş ərazilərdə bir sığınacağın belə mövcud olmadığı layihənin optimallaşdırılmasına təkan verdi burada geniş infrastruktur yaradıldı. Ulu Öndər Heydər Əliyevin böyük rolu BAM-ın inşaatçıları tərəfindən də yüksək qiymətləndirilmişdi. Onlar nəhəng dəmir yolunun “qızıl birləşmə” çivinin vurulmasını məhz Heydər Əliyevə təklif etdilər.

18 iyul 2008-ci ildə Sovet İttifaqının nəqliyyat sahəsinin kuratoru olan Heydər Əliyevin əməyinə təşəkkür əlaməti olaraq BAM üzərində yerləşən Anqoya stansiyasına Ümummilli Liderin adı verildi.

Qeyd etmək lazımdır ki, azərbaycanlı inşaatçılarBAM-ın 210-cu kilometrliyində yerləşən Ulkan stansiyasını və eyniadlı qəsəbəni planlaşdırılmış müddətdən iki ay tez inşa etdilər. Bütün işlər birbaşa Heydər Əliyevin nəzarəti altında həyata keçirilirdi. Onun göstərişi ilə “AzBAMstroy” Tikinti-Quraşdırma İdarəsinin Ulkan stansiyasının binasının bəzədilməsində Azərbaycan milli ornamentlərindənistifadə edilmişdi.

BAM-ın tikintisində qazadıqları təcrübə sayəsində azərbaycanlı inşaatçılar müstəqil Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində fəal iştirak etdilər. Bu, Azərbaycanın təşəbbüskarı və iştirakçıolduğu böyük milli və beynəlxalq nəqliyyat, o cümlədən dəmir yolu layihələrində əhəmiyyətli dərəcədə özünü göstərdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
6
Mənbələr
Şərh ()
Bağla