AZ

Azərbaycanın bölgədə yaratdığı reallıqlar öz bəhrəsini verməkdədir - ŞƏRH

Bakı. Trend:

“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəmki, bu, lazımınca nəzərdən keçirilməlidir”.

Prezident İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminədialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununaçılış mərasimində çıxışında ifadə etdiyi bu sözlər, həm son 32illik zaman kəsiyinin, həm də bu günümüzün mənzərəsini ifadə edən,çeşidli siyasi gedişlərlə, riyakar açıqlamalarla pərdələnməsinə,unutdurulmasına cəhd göstərilən bütün reallıqlarını lakonik vətutarlı şəkildə ifadə edir.

Bu gün siyasi əxlaq kriteriyalarını, ədalət prinsiplərini, sivildünyanın bütün hüquqi-mənəvi dəyərlərini ayaqları altında “süni buzmeydançası”na çevirib üzərimizə “haray” çəkib yürüməyə çalışanlar,sadəcə, el arasında deyildiyi kimi “qabaqdangəlmişlik” edirlər.Onlar çox yaxşı başa düşürlər ki, Azərbaycanın ərazi bütövlüyünün,həm də sülhün təmin olunmasında, ölkəmizin suverenliyinin,sərhədlərinin toxunulmazlığının bərpa olunmasında, BMTTəhlükəsizlik Şurasının qətnamələrinin və digər beynəlxalqsənədlərin tələblərinin yerinə yetirilməsində heç bir xidmətləriyoxdur. Bu səbəbdən də “unudurlar” yox, “çox yaxşı bilirlər”yazdım. Bəli, kim olduqlarını və uzun illər boyu işğala legitimlikqazandırmaq, Azərbaycanı təslimşi və rüsvayçı sülhə, torpaqitkisinə məcbur etmək üçün nə oyunlardan çıxdıqlarını çox yaxşıbilirlər. Bu gün ən müxtəlif vasitələrlə, Qərb siyasətininriyakarlıq və ədalətsizlik üfunəti qoxuyan platformaları üzərindənqazılan çirkab lağımlarının klassik fəhlələrinin niyyəti yalnız vəyalnız arqumentləşdirilməsi, əsaslandırılması mümkün olmayan iyrəncəməllərinin qarşılığında, ən müxtəlif bəhanələrlə bizi borcluçıxartmaqdan ibarətdir.

Bizə ərazi bütövlüyümüzü “qızıl məcməyidə” təqdim etməyiblər,canımız, qanımız bahasına almışıq.
Bu baxımdan, Konstitusiya və digər hüquqi-normativ aktlarmüstəvisindən hələ də Azərbaycana qarşı ərazi iddiaları çıxış edən,reallıqlarla, başqa alternativləri olmadığı üçün barışmaqməcburiyyətində qalan məğlub, kapitulyant Ermənistanı himayə edən,“əlini gücləndirmək” istəyənlər birdəfəlik anlamalıdırlar ki,onlara 30 ilə yaxın bir zaman kəsiyində, nəinki heç bir töhfəvermədikləri, əksinə ədalətli sonluğa varmasına süni əngəlləryaratdıqları bir prosesdə yer yoxdur və olması da mümkün deyil.

İndi artıq, Azərbaycanın bölgədə yaratdığı, beynəlxalq hüququnnorma və prinsiplərinə, humanizmə, ədalətə, regionuntəhlükəsizliyinə xidmət edən baxış bucağına söykənən reallıqlar vəbu reallıqların kənar müdaxilələrdən qorunması ilə bağlı nümayişetdirilən siyasi iradənin doğurduğu nəticələr öz bəhrəsiniverməkdədir. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasıbaşlayıb, hətta demaekasiya işləri, gözlənildiyindən daha intensivbir şəkildə həyata keçirilir. Bütün bunlar Azərbaycanla Ermənsitanarasında birbaşa təmaslar yoluyla, hər hansı kənar qüvvənin,vasitəçinin iştirakı olmadan əldə olunan nəticələrdir. Bütünbunlardan sonra ortaya haqlı olaraq ritorik bir sual çıxır: Bizəvasitəçi lazımdırmı? Sualın cavabı, qənaətimə görə, Makron vəmakronkimilər istisna olunmaqla hər kəsə aydındır – Yox! Yox!Yox!

Son 32 il ərzində özünü “vasitəçi” kimi sırıyan və təkraristifadəyə yararsızlıqları sübuta yetirildiyinə baxmayaraq, yenidənsırımaq istəyənlərin yeganə məqsədi bölgədə öz siyasi və iqtisadimaraqlarını, hərbi mövcudluqlarını təmin etmək, buradan isə MərkəziAsiyaya açılmaqdır. Onların heç Ermənistana dagün ağlamaqniyyətləri yoxdur. Məqsədləri öz maraqlarının növbəti qurbanınaçevirdikləri Ermənistanın gününə ağlamaqdan ibarətdir.

Azərbaycan bölgədə davamlı, kənar oyunçuların istifadəmexanizminə çevrilməyəcək sülh istəyir. Bu isə, Prezident İlhamƏliyevin qeyd etdiyi kimi, yalnız Azərbaycan ilə Ermənistanarasında normallaşma vasitəsilə əldə oluna bilər.

Siyasi şərhçi Elçin Mirzəbəyli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla