AZ

Səudiyyəli turistləri Azərbaycana rahatlıq axtarışı gətirir - Bəs biz bu ölkəyə ən çox niyə gedirik?

Bakı. Trend:

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı sıxəlaqələr mövcuddur. Azərbaycan Respublikasının Səudiyyə ƏrəbistanıKrallığındakı səfirliyi Ər-Riyad şəhərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanı və Azərbaycan arasında turizm əlaqələrininböyük potensialı var. Hər iki ölkənin zəngin mədəniyyəti, tarixi vəturizm imkanları var. Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakıhava yolu bağlantıları artırılsa, turizm səyahətləri və iqtisadiəlaqələr inkişaf edə bilər. Azərbaycanın Bakı şəhəri turizmmərkəzləri, tətil məkanları, tarixi və mədəni məkanlar SəudiyyəƏrəbistanından gələn səyahətçilər üçün maraqlıdır. Regionlarımız daSəudiyyə Ərəbistanından gələn turistlər üçün cazibədardır.

Məsələ ilə bağlı turizm məsələləri üzrə ekspert Ayxan CavidTrend-ə bildirib ki, Səudiyyə ƏrəbistanındanAzərbaycana gələn turistlərin sayı son illərdə artmaqdadır.

"Bu, iki ölkə arasındakı turizm əlaqələrinin inkişaf etdiyinigöstərir. Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin birhissəsi Bakı şəhərini ziyarət edir, tarixi və mədəni məkanlarıgörür, restoranlar və alış-veriş imkanlarından istifadə edir. Buturistlər həm tətil məqsədilə gəlir, həm də iş və tibbi səbəblərlədə Azərbaycanda vaxt keçirir. Səfalı bölgələrimizə də çox üztuturlar.

Əlbəttə ki, Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərkomfortu sevirlər. Turistlərin komfortu, rahatlığı və məmnuniyyətiturizm sənayesinin əsas elementlərindən biridir. Azərbaycan busahədə çeşitli imkanlar təklif edir. Yüksək keyfiyyətli və rahatlıqtəmin edən hotellər, restoranlar, digər qonaqlama və yeməkimkanları mövcuddur. Bakı və digər bölgələrdəki beşulduzlu, eləcədə, butik hotellər turistlər üçün lüks və rahat bir məkan təminedir. Turistlərin istifadəsində çoxsaylı nəqliyyat xidmətləri,turlar və rekreasiya imkanları da var. Digər tərəfdən, SəudiyyəƏrəbistanı vətəndaşlarına “Asan viza” sisteminə uyğun olaraq ölkədə30 gün qalmaq icazəsi ilə hava limanlarında viza verilir. Bu daSəudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayınınartmasına təsir göstərir. Turizm mərkəzləri də turistlərinrahatlığına diqqət yetirir və keyfiyyətli xidmətlər təklifedir".

Ekspert bildirib ki, azərbaycanlıların ən çox üz tutduğuölkələrdən biri də Səudiyyə Ərəbistanıdır.

"Səudiyyə Ərəbistanı Azərbaycan turistləri üçün dini və mədəniməkanlar, alış-veriş imkanları və fərqli tətil imkanları təklifedir. Həmçinin, Səudiyyə Ərəbistanı İslam Dövlətləri ƏməkdaşlıqTəşkilatı (İDƏT) üzvü olduğu üçün İslam mədəniyyətinin mərkəzindəolan bir ölkədir.

Xalqlarımızı birləşdirən çox mühüm cəhətlərdən biri də hər ikiölkənin əhalisinin islam dininə olan inancıdır. Azərbaycanlıturistlər Səudiyyə Ərəbistanında ən çox Məkkə və Mədinə kimiyerləri ziyarət edir.

2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanı elektron vizasistemini genişləndirərək, Azərbaycan vətəndaşlarına da elektronviza alaraq Səudiyyə Ərəbistanına səfər etmək imkanı yaradıb. Qonaqviza il boyu etibarlı sayılır və 90 günə qədər SəudiyyəƏrəbistanında qalmaq şansı yaradır. Bu qayda Ümrə ziyarətinə dəşamil edilir. Bu da ölkəmizdən Səudiyyə Ərəbistanına gedən turistsayında nəzərəçarpacaq artım yaradıb. Əvvəlki illərlə müqayisədə,Həcc ziyarəti üçün kvota artıb", - deyə o qeyd edib.

Azərbaycan Turizm Bürosunun açıqladığı məlumatlarda qeyd olunubki, statistik hesabatlar bu ölkədən Azərbaycana gələn turistlərinsayında artım müşahidə olunduğunu göstərir. Səudiyyə Ərəbistanındangələn turistlərin ən yüksək nisbəti iyul və avqust aylarındamüşahidə olunur. Ziyarətçilər Ər-Riyad, Ciddə, Damman şəhərlərindənbirbaşa uçmaq imkanına malikdir. Ölkəmizdə ən çox ziyarət etdikləriyerlər arasında Bakı, Qəbələ, Şəki və Qubadır. Səudiyyəli turistinorta səyahət müddəti 10-13 gün, qısamüddətli səyahət orta hesabla3-4 gecədir.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanından ölkəmizə 80 mindənçox turist gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla