AZ

“Eurovision” mahnı müsabiqəsi start götürdü

“Eurovision” mahnı müsabiqəsi İsveçin Malmö şəhərində gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində başlayır.

KONKRET.az xəbər verir ki, 37 ölkədən nümayəndələr – musiqiçilər və ifaçılar müsabiqənin ilk yarımfinalına hazırlaşırlar. Tədbirin rəsmi açılışından əvvəl müsabiqə iştirakçıları ənənəyə uyğun olaraq firuzəyi xalça üzərindən keçiblər.

Müsabiqə ilə əlaqədar Malmödə təhlükəsizlik tədbirləri gücləndirilib. İsrail nümayəndə heyəti Malmödə xüsusi mühafizə altına alınıb. “Eurovision”un başlamasına bir neçə gün qalmış İsrailin Milli Təhlükəsizlik Şurası yəhudi dövləti vətəndaşlarının Malmöyə səfərinin təhlükəsiz olmaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İlk yarımfinal mayın 7-də baş tutacaq.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla