AZ

Hansı halda moped sürücüləri cəzalandırılacaq? - RƏSMİ AÇIQLAMA

“Paytaxt ərazisində moped idarə edənlərin sayı günü-gündən çoxalır. Bu da öz növbəsində yol nəqliyyat hadisələrinin baş vermə riskini daha da artırır”.

Bu fikirləri Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Ednews-a açıqlamasında bildirir ki, hər gün istər avtomobil sürücüləri, istər piyadalar tərəfindən mopedlərlə bağlı şikayətlər daxil olur:

news_20231220124153.png

“Bu tip nəqliyyat vasitəsini idarə edən bəzi şəxslər yollarda xaotik hərəkətlər edərək sürücülərə, səkilərdə isə piyadalara ciddi təhlükə  yaradırlar ki, belə hallar yol verilməzdir".

T. Nəsirli qeyd edib ki, bütün bunları nəzərə alaraq bir daha moped sürücülərindən xahiş edirik ki, təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etsinlər: 

"Əks halda onlar İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunurlar".

Aynurə İsmayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla