Türkiyədə, Qaziantepin İslahiye rayonunda sement tankeri sərnişin mikroavtobusuna çırpılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.
Məlumata görə, qəza Qaziantepin İslahiye mahalı çıxışında baş verib.
Hazırda Qaziantep valisi Kamal Çeber hadisə yerindədir.