AZ

Danielyan: “Vəziyyət gərgindir, kənd camaatı deyir ki, evləri yandıracaqlar”

“Peşəkar mədənçilər minatəmizləmə aparmaqdan imtina edirlər”.

KONKRET.az xəbər verir ki, bunu parlamentin “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan jurnalistlərlə söhbətində belə deyib.

“Ərizə yazıblar ki, məsuliyyət onlarda olmasın. Vəziyyət gərgindir, kənd camaatı deyir ki, evləri yandıracaqlar, kənddə qalmayacaqlar”, – deyə müxalifətçi deputat bildirib.

Deputatın sözlərinə görə, hakimiyyət indi qorxu içindədir: “Adamlar bizə qoşulmasın deyə 3 tərəfdən yolu bağlayıblar, amma hər yerdən bizə qoşulublar: Qavardan, Sevandan, Vardenisdən, Martunidən, Spitakdan”.

Danielyan hərəkatın müharibəyə səbəb olacaq fikrinə münasibət bildirib: “Uzun müddətdir ki, müharibə və fəlakət öz-özünə gətirilib. İndi də insanlar öz-özünə yaralanır, öldürülür, hətta dinc şəraitdə belə, uşaqlarımızı yandırıblar. Bu gün onlar erməni kəndlərini bölüşürlər. Bu gün azərbaycanlıları gətirmək üçün Tavuşda sərhədi müəyyənləşdirirlər. Ordunu dağıdırlar. Çünki Əliyev tələb edirb ki, Paşinyan ordunu dağıtsın”.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla