AZ

Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? - Ərəb Ekspertin Şərhində

İki ildən çoxdur Rusiya Ukraynaya qarşı müharibə aparır. Son vaxtlar ABŞ Qərbin Ukraynaya dəstəyini azaltdığı üçün Rusiya başlatdığı hərbi əməliyyatda günü-gündən irəliləyir. Bəs Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? İki ölkə arasında sülh sazişi nə vaxt imzalanacaq?

Məsələ ilə bağlı Rusiya məsələləri üzrə ekspert, Ərəb Siyasi və Strateji Araşdırmalar Mərkəzinin direktoru, Dr. Məhəmməd Sadiq İsmayıl Ednews-a özəl açaqlama verərək bildirib ki, Rusiya-Ukrayna müharibəsi çox həssas dönəmini yaşayır. O, hesab edir ki, Rusiya-Ukrayna müharibəsi tez bir zamanda bitəcək: 
“Çünki, bununla bağlı sübutlər var: birincisi, ABŞ Ukraynaya vediyi istər logistik, istərsə də hərbi dəstəyini kəskin şəkildə azaldıb, ikincisi: NATO və Qərb ölkələri Ukraynaya dəstəyini azaldıb. Digər tərəfdən Fransa, və Britaniya, Ukraynaya hərbi dəstək göndərməsi müharibəyə heç bir müsbət irəliləyişə səbəb olmayacaq, çünki, Rusiya indiyə kimi Ukrayna ərazisindən 500 kvadrat kilometrdən çox ərazi ələ keçirib, həmçinin Rusiya gələn yay bəzi Ukrayna torpaqlarında müharibəyə başlayacağını bəyan edib. Bütün bunları nəzərə alsaq, məlum olar ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanın əldə etdiyi irəliləyiş Ukraynanın əldə etdiyindən daha çoxdur. Buna görə də Rusiya hazırda Ukraynanı sülhə məcbur edir, hesab edirəm ki, bu sülh hər iki ölkə üçün lazımdır, ona görə bu müharibənin sonunun yaxın olduğuna inanıram.

"Müharibənin davam etməsi hər iki tərəf üçün müsbət nəticə verməyəcək, hər iki tərəfdə itkilər var, buna görə də həll yolu danışıqlar masasına oturmaq və bu müharibəni mümkün qədər tez bitirmək üçün mövcud variantları müzakirə etməkdir”.

Loğman Yunis

e5c8fa21-0fab-4c28-a3dc-7a64cd9d0842.jpg

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla