AZ

Etməzdən əvvəl düşünün: Sevgi 15 illik həbsə başa gələ bilər

Qız qaçırma tarixi adətlərdən biri sayılsa da, əslində cinayət hesab olunur.

Bəzən iki sevən gənc müxtəlif maneələrlə üzləşdiyi üçün qoşulub qaçmaq yolunu seçir. Bir müddət ailələr küsülü qalır, bir neçə aydan sonra barışıq üçün oğlan evi qız evinin qapısını döyür. Rəsmi rəqəmlərə görö, 2023-cü ildə 31 adam oğurluğu hadisəsi törədilib ki, bunun da 17-si qız qaçırma olub. 

2022-ci ildə adam oğurluqlarına dair 45 hadisə qeydə alınıb, bundan da 25-i evlənmək məqsədilə qızların qaçırılması faktıdır. Yəni qız qaçırma qanunla adam oğurluğu hesab edilir. 

Hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, qız qaçırya görə şəxsə cinayət işi açıla bilər:

"Qız qaçıran şəxsi adətən 5 ildən 10 ilədək cəza gözləyir. Qanunvericiliyə görə, bu, adam oğurlu hesab olunur. Əgər qız yetkinlik yaşına çatmayıbsa, cəza müddəti daha ağır olur. Bu halda qızı qaçıranı 15 ilədək cəza gözləyir. Amma əgər könüllülük varsa, bu, məsuliyyət yaratmır". 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 144-1.1. insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə; 144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Yaxın günlərdə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev bildirib ki, qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur. Qurum rəsmisi bildirib ki, kimsə nikaha məcbur edilə bilməz:  “Qadağandır, məsuliyyət yaradır. Bərdə rayonunda adam oğurluğu faktına görə cinayət işi qaldırılıb. 

Oğurlanan 2001-ci təvəllüdlü şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə tapılaraq ailəsinə qaytarılıb”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla