Təhsil İnstitutu mayın 8-də doktoranturaya və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün “Açıq qapı” günü keçirəcək.
İnstitutdan 525.az-a bildirilib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd sənəd qəbulu və ixtisas seçimi mərhələsində iddiaçıları maraqlandıran suallara cavab vermək və düzgün istiqamət göstərməkdir.
İddiaçıların suallarını institutun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri professor Hümeyir Əhmədov və şöbənin əməkdaşı Aynur Əlimuradova cavablandıracaq.
“Açıq qapı” günü Afiyəddin Cəlilov 86 ünvanında - institutun əsas binasında, 3-cü mərtəbədə akt zalında olacaq.
Sevinc Qarayeva
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta