AZ

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumu (World Economic Forum) ilə icra etdiyi “Rəqəmsal iqtisadiyyata investisiyaların cəlbi” layihəsi çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə ölkədəki “scale-up” mərhələsindəki startap və KOB-ların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində 13-14 iyun tarixlərində Bakı şəhərində 2 günlük vörkşop keçirməyi planlaşdırır.

Vörkşop çərçivəsində xarici birbaşa investisiyaların cəlbi üçün əsas göstəricilər və kriteriyalar, onlara nail olunması istiqamətində dövlət və özəl sektor iştirakçılarının vəzifələri, müvafiq sahələr üzrə bazar araşdırmasının aparılması metodları, ictimai-mədəni adaptasiya, fərdiləşdirilmiş yanaşmanın əhəmiyyəti və lokallaşdırma, maliyyə planlaşdırması, şirkət infrastrukturu və “scale-up” potensialı, resursların optimizasiyası kimi sahələrdə təlim və müzakirələr həyata keçiriləcək. Tədbirdə həmçinin investorların hədəflənməsi strategiyalarına dair ekspert rəyi və fərdi məsləhətləşmə sessiyaları nəzərdə tutulur.

Vörkşopda Azərbaycanla yanaşı, Mərkəzi Asiya və Türkiyədən də startapların iştirakı gözlənilir.

4SİM startap və KOB-ları 13-14 iyun tarixlərində Bakı şəhərində baş tutacaq vörkşopa dəvət edir. Tədbirdə yerlərin sayı məhduddur. Yalnız ilk müraciət edənlər vörkşopda iştirak haqqı qazana bilər.

Ətraflı məlumat üçün: //shorturl.at/lmrDP

Qeydiyyat üçün son tarix: 20 may, 2024-cü il

Müraciət üçün: //shorturl.at/hkCLT

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla