AZ

“Ermənilər əvvəlkiləri geri qaytarmaq istəmir” – Simonyan əhalinin Azərbaycanla razılaşmanı dəstəklədiyini deyir

Ermənistan parlamentinin spikeri Alen Simonyan əhali arasında Azərbaycanla sərhədin delimitasiyasından kütləvi narazılıq görmədiyini bildirib. Simonyan qeyd edib ki, qaytarılan 4 kəndlə və delimitasiya ilə bağlı etirazların təşkili keçmiş ölkə rəhbərliyinin və xarici qüvvələrin əməlidir.

“AzPolitika” xəbər verir ki, parlamentdə jurnalistlərin suallarını cavablandıran Simonyan müxalifətin iddialarını əsassız hesab edib. O, qeyd edib ki, Azərbaycanla razılaşmalarda birtərəfli güzəştlər yoxdur və hər şey beynəlxalq standartlara, qanunlara uyğun həyata keçirilir: “Onların (müxalifətin) pozulduğunu düşündüyü beynəlxalq norma hansıdır? Mən başa düşmək istəyirəm ki, nə danışırıq? Demək istəyirəm ki, eyni məntiqi müxtəlif aktorlardan istifadə edərək, eyni şəkildə neçə dəfə təkrarlaya və eyni şeyi etməyə cəhd edə bilərsiniz? Yeni bir şey fikirləşin. Sonda Vazgen Manukyan, Robert Koçaryan, Serj Sarqsyan, banan Miqran (Məhkəmə Qərarlarının Məcburi İcra Xidmətinin sabiq rəisi, general Miqran Poqosyan nəzərdə tutulur), Artur Vanetsyan... Eyni məntiqlə hərəkət etmək olmaz. Onlar öz rolları bir az dəyişirlər, gedirlər, başqalarının rəhbərliyi ilə yenidən gəlirlər”.

“Meydanda 100-200 min adam toplaşsa, hakimiyyət gedəcəkmi” sualına Alen Simonyan sualla cavab verib: “Yenə 15-20 min adam toplaşsa necə? Onlar (müxalifət) siyasətdən gedəcəklər? Ermənistanda hakimiyyət xalqındır, xalq hansısa tələb irəli sürəndə görəcəyik ki, bu, xalqdan gəlir. Məsələ kəmiyyətlə həll olunmur. Əminəm ki, Ermənistan xalqı hər şeyi çox gözəl başa düşür, əminəm ki, Ermənistan xalqı sərhədlərin delimitasiyası prosesinə inanır, bilir ki, Ermənistan sülh şəraitində yaşamalıdır, müharibə istəmir, əvvəlkiləri geri qaytarmaq niyyətində deyil”.

Simonyan son günlər hakimiyyətə qarşı aktivləşən kilsəyə də söz atıb və xatırladıb ki, Ermənistan dini yox, dünyəvi dövlətdir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla